Haruki Murakami “Kafka sahilində”

İlk dəfə idi Haruki Murakami yaradıcılığına müraciət etdim. “Kafka sahildə” kafka-220x220əsərini oxuyub bitirərkən, düzü əsəri tam mənasıyla dərk edə bilmədim. Əsər sanki bir tapmacadı, amma hər halda oxudum bitirdim və nə zamansa təkrar oxumaq kimi bir niyyətim yoxdu. Əsərdə ilk öncə onu deyim ki, yazarın nə dərəcədə musiqi vurğunu olduğunu gördüm, özüm də musiqini çox sevdiyim üçün bu tərəfdən bəyəndim əsəri  “Kafka Sahildə” əsəri klassik bir romandır, mifik və klassik tabuların tədqiqatıdır və özünə məxsus stilistikası olan əsərdi.
Oxuyanlar bilir, oxumayanlar üçün də qeyd edim ki, bu əsərdə iki qəribə insanın taleyindən danışlır, hansı ki, bunlar 15 yaşında evdən qaçan Kafka Tamura və Pişik dedktivi  kimi tanınan Nakatadır. Amma mən bu qəhrəmanlar haqqında heç bir şey yazmaq istəmirəm məncə bu barədə oxuyanlar tərəfindən kifayət qədər yazılıb, mənə bu əsərdə maraqlı gələn bir obrazdan danışmaq istəyirəm, hansı ki, bu Oşima obrazı və xarakteridi. Oşima Kafkanın anası, Saki xanımın rəhbərlik etdiyi kitabxanada Saki xanıma köməkçi kimi fəalyyət göstərir. Oşima bioloji qadın yalnız psixoloji kişi olan bir varlıqdı. Bütün olaylara fərqli baxış bucağı, fəlsəfi düşüncəsi məni çox cəlb etdi bu obraza…
Bir sual məni düşündürür “bu günkü gün biz bu cür insanları qəbul edə bilirikmi” ? Məncə yox.
Onlara lağ etmək, məsxərəyə qoymaq, sanki onlar özləri bu cür doğulmağı istəyirmiş kimi absurd düşüncəmiz məncə yalnışdı.
Allahın yaratdığı varlığa lağ etmək bizə düşməz !
Bilirsiniz Oşimanın bütün mövzularda düşüncəsi mənim çox xoşuma gəldi, indi onların hamısını sizlərlə bölüşsəm çox uzun olacaq, amma bir neçə məqamlar haqqında olan fikirlərini sizlərlə bölüşmək istəyirəm.
“Bu dünyada insanlar darıxdırıcı olmayan şeylərdən tez bezir, ancaq darıxmadıqları şeylər əslində ən maraqsız və darıxdırıcı şeylərdir. Bu, həmişə belə olur. Mənim darıxmağa boş vaxtm var, ancaq bezməyə yox. Bu iki duyğunu insanlar heç vaxt ayırd edə bimir.”
Elə mənim də darıxmağa boş vaxtım our arada, amma bezməyə heç vaxtım və səbəbim yoxdu

Azadlıq haqqında… “Bəlkə də dünyada heç kim azadlıq arzulamır. Sadəcə olaraq elə hesab edirlər ki, Azdalıq arzulayırlar. Hər şey bir utopiyadır. Əgər həqiqətən əllərinə azadlıq keçsə, nə edəcəklərini bilməzlər. Bunu yadında saxla insanlar əslində azadlıqlarının müəyyən mənada əllərindən alınmasından xoşları gəlir”
Doğru vurğulanıb, bu hiss əsasən də qadınlarda daha qabarıq özünü büruzə verir, Əgər bir oğlan sevgilisinin üzərində ciddi “rejim” qoymursa, ora getmə, bunu etmə, bunu geymə demirsə demək bu oğlan artıq əxlaqı zəif oğlandı deyə düşünürük və azadlığımız əlimizdən alınmayıb deyə həttda o oğlana bəzilərimiz birtəhər baxırıq. Əslinə baxsaq əks cinsin bu hərəkətləri, absurd xarakter göstəricilərini istəməyimiz əsla sevgi deyil, biz qadınların azadlıqlarının əlindən alınmaq istəyirdi. Vəssalam !
Bilirəm çox xanımlarımız bu yazdıqlarımı qəbul etmiyəcək, Mənə özlərini tanıtmağa çalışacaq. Amma gəlin səmimi olaq hər birimiz, (içi mən qarışıq) müəyyən mənada azadlığımızın əlimizdən alınmasını xoşluyuruq əziz həmcinslərim
Əsərin fərqliliyi ondadı ki, hadisələrin çoxu xəyalətdə baş verir.
Və… ən maraqlısı odur ki, bilirəm inanmayacaqsınız, amma qeyd edim əsərdə saat 16:35-i göstərənə məndə o an saata baxdım saat 16:35 idi, və əsərdə hadisələr iyul ayında baş verdiyi kimi məndə bu əsəri iyul ayında oxuyurdum
Zaman insanın varlığının üstünə çox dərin mənaları olan köhnə bir yuxu kimi düşür, Yuxuda da olsa, Realda da olsa kitabları oxuya bilmək, kitabları başa düşmək mükəmməl bir hissdi, dostlar!

İlahə Məhəmmədzadə 

Haruki Murakami “Kafka sahilində”” üzərinə bir şərh

Bir şərh yazın