“Yalquzaq” Herman Hesse

ef23fd36a8712a661b3ed846033587c2Hər birimiz xaricən meşşan,daxilən isə bir YALQUZAĞıq.. Sadəcə bəzimiz bunun fərqinə varmırıq,bəzimiz isə varırıq və vardığımız zaman Hessenin qəhrəmanı Harri kimi başlayırıq bu yalquzaqla meşşanlığın arasında çabalamağa..
Bu fikirlərimə görə çoxunuz bəlkə də məni qınayacaq,hətta bunu özünüzə yaraşdırmayıb mənim yalnış düşündüyümü deyəcəksiniz.. Haqqınız da var,çünki mənə də kimsə meşşan ya yalquzaq desə yəqin ki əks reaksiya verrərdim ta ki indi haqqında danışacağım bu kitabı oxuyana qədər..
Herman Hesse XX əsr alman ədəbiyyatının nümayəndələrindən və yaradıcılığı ilə ilk tanışlığım bu əsər -Yalquzaq romanı deyə onun yaradıcılığı haqqında geniş fikir yürüdə bilməyəcəm,sadəcə onu bilirəm ki bu ilk tanışlığı həm də son tanışlıq kimi qərarlaşdırmışam hələ ki.. Oxumağa davam et

“Alçaldılmış və təhqir edilmiş insanlar” Dostoyevski

10940430_516035981868822_996328744619210585_nDüzü, Dostoyevski “sevənlər” o qədər çoxdur ki, bu yazarı sevdiyimi çəkinərək söyləyirəm, birdən məni də o sıraya aid edərlər.

Bu əsər yazarla üçüncü tanışlığımdır (Remark kimi), amma Tolstoyun sözlərinə görə, “Dostoyevskinin qələmini Tanrı işlədir”- qatılıram.
Çoxları onu “Cinayət və Cəza”ya görə sevsə də, bu əsəri oxuyucular tərəfindən daha çox sevilir..

Əsərin məzmunu bir çoxlarına məlum olsa da, qısaca məlumat verərək demək istəyirəm ki, roman aparıcı obraz olan Vanyanın dilindən nəql olunur. O kiçik mülkədar İxmenevin ailəsində onun qızı Natasa ilə birgə tərbiyə alır. Oxumağa davam et

Gənclər günündə “Kitaba çağrı” layihəsi keçiriləcək

10423869_807169622651961_4445137351319457477_nKitabevim.az mağazalar şəbəkəsində 2 fevral Azərbaycan Respublikası Gənclər Günü münasibətilə ziyalılar, incəsənət xadimləri və ictimaiyyət nümayəndləri mütaliəyə marağın artırılması məqsədilə gənclərə kitab tövsiyə edəcək. Bu fürsəti qaçırmaq istəməyənləri 2 fevral saat 12:00-20:00 saatları arasında kitabevimdə gözləyirik. Oxumağa davam et

“Parfümer” əsəri haqda təəssüratlarım

995609_1580382838874138_6742515578953350024_nAlman mətbuatı onu “əyləncəli alman ədəbiyyatının kabusu” adlandırır…
Haliyədə gizli şəkildə gah Münhendə, gah Fransada, gah da Mansardanda yaşayan alman əsilli Züskind özünün gizli həyat tərzi ilə sanki elə “Parfümer”in Qrenuyusunun həyatını yaşamaq istəyir.
26 mart 1949-cı ildə Ambaxtda Ştarnberq gölünün yaxınlığında dünyaya gələn Züskind orta məktəbi və ordunu başa vurduqdan sonra öz biliklərini fransız dili və mədəniyyətinin öyrənilməsinə sərf edib. Elə dünyaca məşhur “Parfümer” romanını da fransızca yazıb. Züskind “Parfümer”i 1985-ci ildə yazıb və bu əsər dünyanın 35 dilinə tərcümə olunaraq yazıçıya dünya şöhrəti qazandırıb. Oxumağa davam et

“İstanbul Xatirəsi” Ahmet Ümit

1544997_1557681521138705_4812961300067000647_nİmtahanlar imkan verdikcə mütaliəni davam eləməyə çalışıram və bu dəfə ki kitabım Ahmet Ümitin-İstanbul Xatirəsi oldu. Əsəri öz dilimizdən oxusamda tərcümə xoşuma gəldi. Yəni məncə əsərin bədiiliyi çoxda itməmişdi. Daha bir şey isə Qanun nəşriyyatı artıq kitabların nəşriyyatı ilə daha yaxşı maraqlanır çünki kitab hardasa 700səhifə olmasına baxmayaraq, oxuduqca vərəqləri tökülmürdü . İndi isə roman haqda danışım.  Oxumağa davam et

Erix Maria Remark “Zəfər tağı”

10422364_774534175960339_7339294434994800145_nÇox istərdim ki, Remarkın əsərlərinin hamısını sıra ilə oxuyub bu yazıya başlayaydım… Bu ziddiyyətli, amma ziddiyyətli olduğu qədər də çox sevilən yazarın həyatını araşdırar, əsərlərini ilə həyatı haqda bağlar tapmağa çalışar və əməlli başlı bir resenziya yazardım. Ancaq təəssüf ki oxumamışam, hələ ki oxuduğum tək bu əsəridi və oxuyub bitirən kimi də qərara gəldim ki nə olursa olsun mütləq bu əsər haqda təəssüratlərımı yazmalıyam. Beləliklə Remark və onun “ Zəfər tağı “ əsəri… Oxumağa davam et

“Sultanı öldürmək” Ahmet Ümit

10937515_511558952316525_1368052976_n (1)Bu həyatda iki dedektiv obrazı qarsılıqsız sevirəm Dronqo və Nevzat..
Dronqomu göz dəyməsin hər kəs tanısa da, Nevzatımı hələlik az adam tanıyır amma tanıyacaqlar.
İstənilən vasitə ilə hər kəsə məlumat verəcəm ki,sonra dünyaca məhsur olanda bu obrazı tanımadıqları üçün pesmanlıq çəkməsinlər..
O ki qaldı Ahmet abiyə Ahmet abi tamam baska kisidi.Deməli Ahmet abi “Sultanı öldürmək”ə necə baslayır.
Bir anlıq düsünün,qarlı bir İstanbul günü Müstak adında tarix professoruna zəng gəlir.Zəng edən kim olsa bəyənərsiniz? Evet doqru təxmin sevgilisi.hardasa 20 il öncə bunu islənmis burun dəsmalı kimi atıb Amerikaya gedən Nüzhət. Oxumağa davam et

Harper Lİ “Bülbülü öldürmək”

bulbulXanım Li 1927-ci ildə Amerika Birləşmiş Ştatlarında dünyaya gəlib. Bülbülü öldürmək əsərindəki hadisələr 1935-ci ildə baş verən zaman xanım Linin 8 yaşı olub. Avtobioqrafik xarakter daşıyan bu əsərdə məncə Cin Luiza xanım Linin özüdür. O zamanın və bu günümüzün aktual məsələsi – irqçilik əlehinə mübarizəyə həsr olunan bu romanda hər hadisə uşaqların baxış bucağından süzülüb gələn düşüncələrin qələmə alınmasıdı.
Roman səkkiz yaşlı Cin Luizanın dilindən nəql olunsada, əsərin sonlarına yaxın artıq biz əsərin Xanım Linin özünün nəql etdiyinin şahidi oluruq. Əsəri bizə sanki iki nəfər danışır – balaca qızcığaz və xatirələrini nəql edən xanım Li.
Üç gün ərzində sanki Finçlər ailəsində qonaq oldum. Niyə sanki? Çünki dialoqların canlılığı və bəzi məqamların eynisini məndə uşaqlığımda yaşadığım üçün mən özümü o ailədə qonaq hiss etdim. Vəkil Attikus Finç, oğlu Cim, qızı Cin Luiza və bibiləri öz bibimdən fərqlənməyən Aleksandra bibi. Oxumağa davam et