Lev Tolstoy “Anna Karenina”

Lev Tolstoyun “Anna Karenina” əsərindən seçmələr

images“Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, hər bədbəxt ailə isə özünə görə bədbəxtdir”.

“Həyatın bütün çətin və həlledilməz suallara verdiyi ümumi cavabdan başqa cavab yox idi. Cavab belə idi: “günlərin tələbinə görə yaşamaq lazımdır, yəni unutmaq”.

“- Görürsünüzmü, qadın elə bir predmetdir ki, onu nə qədər öyrənirsən öyrən, həmişə yenilənəcəkdir.
– Onda ən yaxşısı heç öyrənməməkdir”.

“- Bu yalnız bir şeyi sübut edir: sizin qəlbiniz yoxdur!
Ancaq baxışları onun qəlbi olduğunu və buna görə ondan qorxduğunu deyirdi”.

“Təhsilin məqsədi elə budur – hər şeydən zövqü-səfa yaratmaq”.

“Qadın üzərində hər şeyin fırlandığı vintdir”. Oxumağa davam et

Şerlok Holms ölüm ayağında

“- Tezliklə siz öləcəksiniz, Holms. Mən də burada oturub, sizin ölümünüzüimages seyr eləyəcəm…”

 

Şerlok Holmsun ev sahibəsi missis Hadson əsl cəfakeş idi.

Evinin ikinci mərtəbəsinə istənilən vaxt qəribə və xoşagəlimli olmayan adamların gəlib-getməyi azmış kimi, məşhur kirayəşini də özünün qeyri-adiliyi və başısoyuqluğu ilə onun hövsələsini daraldırdı.

İfrat səliqəsizliyi, günün ən naqolay vaxtında musiqi ilə məşğul olmaq vərdişi, otaqda tapançadan atəş açmağı, sirli və pis qoxulu kimyəvi təcrübələri, ümumiyyətlə, onu əhatə edən cinayətlər və təhlükə Holmsu Londonda ən azuolunmaz kirayəşinə çevirmişdi. Oxumağa davam et