“Norveç meşəsi” Haruki Murakami

norvec mesesiMurakami yaradıcılığı ilə ilk dəfə “Kafka Sahildə” əsəri ilə tanış oldum. Əsəri çox bəyənmişdim, ikinci dəfə də Murakami yaradıclığına müraciət edərkən oxuyacağım kitabın vaxt itkisi olmayacağına əmin idim. Elə əsərlər var ki, oxuyanda istədiyin bütün yaşantıları o əsərdə tapa bilməzsən, amma Murakaminin əsərlərində insan hisslərinin necə ustalıqla təsvir olunduğunun şahidi olursan, bir yazarın zövqü ilə o yazarla zövqü üst-üstə düşən “özünün, məninin” şahidi olursan, sən hər şeyi olmasada çox şeyi öyrənirsən Murakamidən.
Çox sevirəm mistikanı, qeyri-reallığı, uydurma sujetləri ki, hansı ki, əsər elə ustalıqla qeyd olunur ki, hətda sən artıq bu uydurmaya inanırsan, bax budur əsl ədəbiyyat, real olmayana oxucunu inandırmaq. Oxumağa davam et

Haruki Murakami “Kafka sahilində”

İlk dəfə idi Haruki Murakami yaradıcılığına müraciət etdim. “Kafka sahildə” kafka-220x220əsərini oxuyub bitirərkən, düzü əsəri tam mənasıyla dərk edə bilmədim. Əsər sanki bir tapmacadı, amma hər halda oxudum bitirdim və nə zamansa təkrar oxumaq kimi bir niyyətim yoxdu. Əsərdə ilk öncə onu deyim ki, yazarın nə dərəcədə musiqi vurğunu olduğunu gördüm, özüm də musiqini çox sevdiyim üçün bu tərəfdən bəyəndim əsəri  “Kafka Sahildə” əsəri klassik bir romandır, mifik və klassik tabuların tədqiqatıdır və özünə məxsus stilistikası olan əsərdi.
Oxuyanlar bilir, oxumayanlar üçün də qeyd edim ki, bu əsərdə iki qəribə insanın taleyindən danışlır, hansı ki, bunlar 15 yaşında evdən qaçan Kafka Tamura və Pişik dedktivi  kimi tanınan Nakatadır. Oxumağa davam et