“Sükutun səsi” kitabının təqdimatı olacaq

10730885_782417268505363_6472562864284441575_nGənc yazar Səbuhi Şahmursoyun yeni kitabı “Sükutun səsi” kitabının təqdimatı olacaq.

Müxtəlif mövzulu hekayələrin yer aldığı bu kitabın təqdimatı fevral ayının 8-i saat 13.00-dan 16.00-dək Bakumoz kitab evində baş tutacaq. Oxumağa davam et

Gənclər günündə “Kitaba çağrı” layihəsi keçiriləcək

10423869_807169622651961_4445137351319457477_nKitabevim.az mağazalar şəbəkəsində 2 fevral Azərbaycan Respublikası Gənclər Günü münasibətilə ziyalılar, incəsənət xadimləri və ictimaiyyət nümayəndləri mütaliəyə marağın artırılması məqsədilə gənclərə kitab tövsiyə edəcək. Bu fürsəti qaçırmaq istəməyənləri 2 fevral saat 12:00-20:00 saatları arasında kitabevimdə gözləyirik. Oxumağa davam et

“Sultanı öldürmək” Ahmet Ümit

10937515_511558952316525_1368052976_n (1)Bu həyatda iki dedektiv obrazı qarsılıqsız sevirəm Dronqo və Nevzat..
Dronqomu göz dəyməsin hər kəs tanısa da, Nevzatımı hələlik az adam tanıyır amma tanıyacaqlar.
İstənilən vasitə ilə hər kəsə məlumat verəcəm ki,sonra dünyaca məhsur olanda bu obrazı tanımadıqları üçün pesmanlıq çəkməsinlər..
O ki qaldı Ahmet abiyə Ahmet abi tamam baska kisidi.Deməli Ahmet abi “Sultanı öldürmək”ə necə baslayır.
Bir anlıq düsünün,qarlı bir İstanbul günü Müstak adında tarix professoruna zəng gəlir.Zəng edən kim olsa bəyənərsiniz? Evet doqru təxmin sevgilisi.hardasa 20 il öncə bunu islənmis burun dəsmalı kimi atıb Amerikaya gedən Nüzhət. Oxumağa davam et

Harper Lİ “Bülbülü öldürmək”

bulbulXanım Li 1927-ci ildə Amerika Birləşmiş Ştatlarında dünyaya gəlib. Bülbülü öldürmək əsərindəki hadisələr 1935-ci ildə baş verən zaman xanım Linin 8 yaşı olub. Avtobioqrafik xarakter daşıyan bu əsərdə məncə Cin Luiza xanım Linin özüdür. O zamanın və bu günümüzün aktual məsələsi – irqçilik əlehinə mübarizəyə həsr olunan bu romanda hər hadisə uşaqların baxış bucağından süzülüb gələn düşüncələrin qələmə alınmasıdı.
Roman səkkiz yaşlı Cin Luizanın dilindən nəql olunsada, əsərin sonlarına yaxın artıq biz əsərin Xanım Linin özünün nəql etdiyinin şahidi oluruq. Əsəri bizə sanki iki nəfər danışır – balaca qızcığaz və xatirələrini nəql edən xanım Li.
Üç gün ərzində sanki Finçlər ailəsində qonaq oldum. Niyə sanki? Çünki dialoqların canlılığı və bəzi məqamların eynisini məndə uşaqlığımda yaşadığım üçün mən özümü o ailədə qonaq hiss etdim. Vəkil Attikus Finç, oğlu Cim, qızı Cin Luiza və bibiləri öz bibimdən fərqlənməyən Aleksandra bibi. Oxumağa davam et

“Malcolm X”

10913592_506811629457924_1926215944_nDünən şəhərə çıxmalı idim onun üçün də yolda oxuya biləcəyim,səhifə sayı az,elde daşınması ve danışması asan olan bir kitab seçdim. Malcolm X–ın heyatı haqqında olan bu kitabı yolda iken bitirdim.İndi çalışacam təəssüratlarım barədə sizlərə danışım. Malcolm X kim olub? her ne qeder Martin Lüter King haqqında bilsem de bu kişi haqqında indiye qeder menimde bir melumatım yox idi. Malcolm Amerikada,afroamerikalı bir ailede doğulub boya başa çatsada hele uşaq yaşlarından ilk önce atasını daha sonra ise anasını itirib. Oxumağa davam et

“Dünyanın ilk günü” Beyazıt Akman

10885386_503904349748652_6334438870257398618_nBeyazıt Akman bizlər uçun bir qədər tanış olmadığı uçun gəlin ilk öncə görək bu cavan oğlan kimdir.
Beyazıt Akman 1981-ci ildə Turkiyəde doğulub ama buralar abimizə dar gəldiyi uçun 6 ildir ki Amerikada yaşayır.
oxuduğu universitetləri isə say say bitməz.
Boğaziçi Üniversiteti ve Orta Doğu Teknik Üniversitesti, Illinois State Üniversiteti. Aynı üniversitetdə hələdə İngiliz ədəbiyatı ve İslam üzərinə dərs verir.bir sözlə abimiz sırf tarixçidir həyatını bu işə adayıb. Oxumağa davam et

“Sfinks” Edqar Allan Po

Portrait-of-Edgar-Allan-P-001Dəhşətli vəbanın Nyu-Yorkda at oynatdığı günlərdə (1830-cu illərin əvvəllərində Avropadan Quzey Amerikaya yayılmış epidemiya nəzərdə tutulur) mən qohumlarımdan birinin dəvətilə iki həftəliyə onun Hudzon çayının yaxasındakı gözdən uzaq xudmani kottecinə dincəlməyə getmişdim.

Sərəncamımızda hər cür yay əyləncəsi vardı; meşədə gəzmək, naturadan rəsm çəkmək, qayıqla üzmək, balıq tutmaq, çimmək, musiqi dinləmək, kitab oxumaq vaxtımızı şad-xürrəm keçirməyə artıqlamasıyla yetərdi, əgər hər səhər azman şəhərdən gələn bəd xəbərlər olmasaydı. Oxumağa davam et

Qadağan olunmuş 10 kitab

Qadağan olunmuş 10 kitab:

kitap-okuma11.Oldos Haksli, “Möcüzəli yeni dünya” (Brave New World, 1932)
2. Con Steynbek, “Qəzəb gilələri” (The Grapes of Wrath, 1939)
3.Henri Miller, “Xərçəng bürcü” (Tropic of Cancer, 1934)
4.Kurt Vonnequt, “Beş nömrəli qırğın, yaxud uşaqların səlib yürüşü” əsəri, (Slaughterhouse-Five, or The Children’s Crusade,1969) Oxumağa davam et

Unudulmuş “Yol”

1609928_328942623955860_2449687686037420058_nYol. Yol haqqında bir çox dahilər, düşüncə sahibləri müxtəlif sözlər deyib, müxtəlif fikirlər səsləndiriblər. Yolla bağlı yazılmış, çəkilmiş, bəstələnmiş, oxunulmuş o qədər sənət nümunələri, sənət əsərləri var ki, saymaqla qurtaran deyil. Məktəbli olanda əzbərlədiyimiz şerlərdən birinin iki misrası belə idi:
“Yollar dünyada çoxdur,
Sayı-hesabı yoxdur.”
Bəli, yollar çoxdur. Həm də bir-birindən fərqli, müxtəlif. Bu yolların içində bir Yol da var. Hansı ki, o yolda addımladıqca o qədər yollar keçirsən, o qədər yollardan keçməli olursan ki…
Bu ömür yoludur. İnsan övladının ömür yolu. Bu dəfə yoldan yazacağam. Amma fərqli bir yoldan  yazıçı Dilsuzun “Yol”undan. Unudulmuş “Yol”undan.
Azərbaycan nəsrinin ən gözəl nümunələrindən olan “Yol” povesti həcminə görə o qədər də böyük deyil. Amma dolğunluğuna, içində daşıdığı mənaya görə çox böyükdür. Oxumağa davam et

Biz niyə kitab oxumalıyıq?

admin_1-asset-503651a71b465Etiraf edirəm ki, mən asılıyam. Bütün həyatım boyu bu asılılıq davam edib. Uşaqlığımdan bəri. Mən asılı olduğuma görə utanmalıyam, amma utanmıram.
Mən sadəcə kitab mağazasına qayıdacam. Kitabxanaya qayıdacam. Sonsuz növbəsi olan elektron kitablarımın arasına dönəcəm. Dolu rəflərimin arasına qayıdacam.
Onlar məni tanıyır və sevirlər. Burda mənə lazım olan hər şey var. Mən niyə dayanmalıyam?
Bəs siz niyə başlamırsınız? Siz çox oxuduqca həyatınız da dəyişəcək. Bu belə baş verir.. Oxumağa davam et