“Sadəcə, sadə şeylər barəsində düşünün” Oşo

osoBir gün bir adam gəlib müdrik birindən insanın nə qədər azad olduğunu soruşur… O tamamilə azaddır, yoxsa bir məhdudlaşdırma varmıdır? Tale, alın yazısı, qismətdən başqa azad ola bilməyəcəyin məhdudlaşdırmalar yaradan bir Tanrı mövcuddurmu?Müdrik bunu öz üslubunda cavablandırır; məntiqi yox, ekzistensial şəkildə. «Ayağa qalx,”dedi.
Adam bunun axmaq bir cavab olduğunu düşünərək: „mən sadə bir sual verdim və o isə mənə ayağa qalx deyir” ,lakin “ baxaq görək nə olacaq” deyə düşündü və qaldı.

Və müdrik, „indi isə, ayaqlarından biri yuxarı qaldır” dedi. Adam yəqin ki artıq o an dəli bir adamın yanına gəldiyini düşünür; bunun azadlığa, müstəqil olmağa nə dəxli var? Lakin o artıq gəlmişdi…və müridlərdən ibarət bir kütlə vardı; bu müdrik adama çox ehtiram var idi. Ona qulaq asmamaq hörmətsizlik olardı və bunu etsə nə olacaqdı ki? Buna görə də, ayaqlarından birini yuxarı qaldırdı, bu halda ayaqlarından biri göydə idi və digər ayağının üstündə dayanmışdı.

Və sonra usta, “Bu çox yaxşıdır, sadəcə bir şey də var. İndi isə o biri ayağını qaldır” dedi. Bu mümkün deyil! Kişi „Siz imkansız bir şey istəyirsiniz. Mən sağ ayağımı qaldırdım. Artıq sol ayağımı qaldıra bilmərəm” deyə cavab verdi.Usta da, “ Amma sən azad idin. Əvvəlcə sol ayağını qaldıra bilərdin. Bunu qadağan edən bir əmr yoxdur. Sol ayağını, yoxsa sağ ayağını qaldırmağın barədə tamamilə azad idin. Bununla bağlı sənə heç nə deməmişdim, buna özün qərar verdin. Sən sağ ayağını qaldırdın. Öz qərarınla sol ayağının qalxmasını imkansızlaşdıran da sən özün oldun. Alın yazısı, tale, qismət kimi işlərlə məşğul olmağı bir kənara qoy. Sadəcə, sadə şeylər barəsində düşün” dedi.

 

Haruki Murakamidən sitatlar

haruki murakamiƏgər, yalnız başqalarının oxuduqları kitabları oxuyursuzsa, o zaman elə onların düşündükləri kimi düşünəcəksiniz, əlavə heç nə.

Xatirələr insanı lap dərindən isidir, amma eyni zamanda da parça — parça edərək məhv edir.

Ağrı qaçılmazdır, əzab çəkmək isə mütləq deyil.

Özünüz haqqında düşünərkən məyusluq hissindən qaçın. Özlərinə görə məyus olanlar ancaq axmaqlardır.

Mən daim nələrisə arzulayıram. Hərdən düşünürəm ki, bu etdiyim ən doğru şeydir. Oxumağa davam et

“Nə bilim” Məmməd Araz

Səndən mənə bir ömürlük xatirə,MEMMED~3
Məndən sənə nə qalacaq, nə bilim?
Çətin bir də daş üstə daş bitirəm,
Niyə uçdu bu qalaçıq, nə bilim…

Damağımda bal sevdanın turş dadı
Uşaq ağlım inadıma qurşadı.
Nə hönkürdü bu naqafil gurşadı?
Kimə dedim, — dedi, — ancaq: «nə bilim!»

Günlər mənə gün yazmağı unutdu,
Gülüm, günün güllərimi qurutdu.
Bu oyunda kim uduzdu, kim uddu,
Peşimanı kim olacaq, nə bilim?  Oxumağa davam et

Şahbaz Xuduoğlu: “Daha kitab yarmarkaları olmayacaq!”

sahbaz“QANUN” NƏŞRLƏR EVİ-nin direktoru Şahbaz Xuduoğlu Facebook səhifəsində kitab yarmarkasını dayandırdığı barədə açıqlama yayıb. O, “Kitaba bu qədər laqeyd olan millətin gələcəyi böyük şübhə altındadır. Daha bundan sonra yarmarka məsələlərinə son qon qoydum. Nə əcaib bir mühitə gəldik” deyə bildirib. Mövzu ilə bağlı tanınmış naşirin Meydan TV-yə verdiyi müsahibəni təqdim edirik.

Oxumağa davam et