Məhəbbət üç il yaşayır

 Frederik Beqbederin “Məhəbbət üç il yaşayır” əsərindən seçmələrMehebbet-3-il-yashayir

“Məhəbbət üç il yaşayır:

Birinci il deyirlər: Əgər sən getsən özümü öldürərəm.

İkinci il deyirlər: Əgər sən getsən, mənə çətin olacaq, ancaq dözərəm.

Üçüncü il deyirlər: Əgər sən getsən, bunu şampanla qeyd edəcəm.”

“Məhəbbət- döyüşdür. Əvvəlcədə uduzulmuş döyüş.”

“Məhəbbət üç il yaşayır: birinci il mebel alırlar, ikinci il mebelin yerini dəyişirlər, üçüncü il mebeli bölürlər.”

“Geri qayıtmaq mümkün olmayanda məhəbbət qurtarır.”

“Mənim məhəbbətim-kiçik hərflədir, ancaq özü böyükdür.”

“Ən güclü məhəbbət cavabsız qalanıdır.”

“Nikah cinayətdir-çünki o sirri öldürür.”

“Arvadın sənə rəfiqə olursa, rəfiqənə də arvadın olmağı təklif etməyin vaxtıdır.”

“Özünü əvəzolunmaz sayırsan, ancaq səni bir anda əvəz ediblər.”

“Düşünürəmsə-deməl mövcudam, təkəmsə deməli, düşünürəm.”

“Yeganə yaxşı xəbər: dərddən arıqlayırlar. Heç kim bu pəhrizi reklam eləmir, ancaq o ən təsirlisidir. Arıqlamaq üçün depressiya.”

“Mənim həyatımda hər şey təkrarlanır. Mən, sanki, təkrara proqramlaşdırılmışam, “repeat” düyməsini basanda kompakt-disk kimi.”

“Ölümdən qorxanlar hər şeyi bilmək istəyənlər deyil.”

“Mən baxıram ki, milçək necə otağımın pəncərəsinə özünü çırpır və onun eynilə mənim kimi olduğunu düşünürəm: onunla həqiqiət arasında şüşə var.”

“Bizim doğulduğumuz cəmiyyət eqoizm üzərində qurulub. Biz tənhalıq cəmiyyətində yaşayırıq.”

“Həyatımız pyes olduğu üçün maraqlı deyil, maraqlı olan orada bu qədər az iştirak edən şəxsin olmasıdır.”

“Səninlə bədbəxt olmaqdansa, sənsiz bədbəxt olmaq yaxşıdır.”

“Mən- isti küləyə gülümsəyən tərki dünyayam.”

“Sarılmaz həyat arzulamaq axmaqlıqdır.”

“Əgər dərd məktəbini keçməsən, xoşbəxtlik möhkəm ola bilməz.”

“Xoşbəxtlik – bədbəxtliyin susmasıdır.”

Məhəbbət üç il yaşayır” üzərinə 2 şərh

Bir şərh yazın